KİV: Sarkisyan nəyin bahasına olursa-olsun Ter-Petrosyanın blokunun parlamentə keçirilməsinə göstəriş verib

KİV: Sarkisyan nəyin bahasına olursa-olsun Ter-Petrosyanın blokunun parlamentə keçirilməsinə göstəriş verib "Ermənistan Milli Konqresinin blokunda tam sakitlik hökm sürür, blok təşviqat kampaniyası belə aparmır"
Region
22 Mart , 2017 13:56
KİV: Sarkisyan nəyin bahasına olursa-olsun Ter-Petrosyanın blokunun parlamentə keçirilməsinə göstəriş verib

Bakı. 22 mart. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarkisyan nəyin bahasına olursa-olsun sabiq dövlət başçısı Levon Ter-Petrosyanın rəhbərlik etdiyi "Konqres- EMK" seçki blokunun parlamentdə yer qazanmasına və blokun üçüncü yeri tutmasına göstəriş verib.

"Report" xəbər verir ki, bunu Ermənistanın "Joxovurd" qəzeti yazıb.

"Bütün sosioloji sorğulara əsasən "Konqres - EMK" bloku Milli Assambleyaya keçmək üçün tələb olunan minimal baryeri belə aşa bilməyəcəyi üçün hakimiyyət alyansa böyük sahibkar Xaçatur Sukiasyanın simasında sponsorluq təqdim etməklə yanaşı, öz tərəfdarlarına tapşırıb ki, Levon Ter-Petrosyananın komandası səsləri qazana bilməsi üçün yerlərdə iş aparsınlar", - deyə qəzetin mənbəsi bildirib. 

Nəşrin yazdığına görə, "Konqres -EMB" blokunda hökm sürən süküt və təşviqat kampaniyasının aparılmaması məhz bundan irəli gəlir: "Təsadüfi deyil ki, bu kontekstdə 1998-ci ildən bəri ilk dəfə Levon Ter-Petrosyan Ermənistanın İctimai televiziyasına dəvət edilərək xüsusi siyasi reklam çərçivəsində öz blokunun digər siyasi güvvələr üçün qəbuledilməz olan sülh formulunu - seçkiqabağı proqramının əsas müddəalarını təqdim edib".

Son xəbərlər

Orphus sistemi