KİV: Rusiya Suriyaya "S-300" komplekslərini təmənnasız verəcək

KİV: Rusiya Suriyaya "S-300" komplekslərini təmənnasız verəcək Bakı. 23 aprel. REPORT.AZ/ Rusiya yaxın zamanlarda S-300 tipli Favorit Zenit-Raket Komplekslərinin Suriyaya təmənnasız göndərilməsinə başlaya bilər.
Region
23 Aprel , 2018 13:07
KİV: Rusiya Suriyaya S-300 komplekslərini təmənnasız verəcək

Bakı. 23 aprel. REPORT.AZ/ Rusiya yaxın zamanlarda "S-300" tipli "Favorit" Zenit-Raket Komplekslərinin Suriyaya təmənnasız göndərilməsinə başlaya bilər.

Bu barədə "Report" "Kommersant"a istinadən xəbər verir.

Hərbi-texniki əməkdaşlıq sahəsindəki diplomatik mənbələr qeyd edir ki, əsasən siyasi müstəvidə qalan komplekslərin tədarükü məsələsi demək olar həll edilib.

Qeyd olunur ki, bu tip yeni sistemlərin alınması üçün suriyalıların pulu yoxdur, kredit xətti ayrılması isə Rusiyanın planlarına daxil deyil.

Mənbələrin məlumatına görə, Suriyada qısa müddətdə "Favorit"lərin əsasında Suriya Hava Hücumundan Müdafiə Sistemi (HHMS) yaradılması planlaşdırılır. HHMS Dəməşqin və aviasiya texnikasının yerləşdiyi ərazinin bombardmandan qorunması üçün hazırlanacaq.

Son xəbərlər

Orphus sistemi