Yuxarı

KİV: Rusiya Müdafiə Nazirliyinin binasında genişmiqyaslı yanğın olub

Binadan 60 nəfər təxliyə edilib, yanğının yayılma təhlükəsi var

Bakı. 3 aprel. REPORT.AZ/ Moskvada Rusiya Müdafiə Nazirliyinə məxsus yaşayış binasında genişmiqyaslı yanğın olub.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" güc strukturlarındakı mənbəsinə istinadən məlumat verib.

Məlumata görə, yanğın 8 mərtəbəli binanın üçüncü mərtəbəsindən başlayıb. Yaşayış binasındakı insanlar təxliyə edilir. Artıq 60 nəfərin təxliyə edildiyi də verilən məlumatlar arasındadır.

Məlumata görə, yanğının yayılma təhlükəsi var. Yanğın çətinlik dərəcəsinə görə üçüncü səviyyəyə aid edilir.

FHN-in paytaxt idarəsinin nümayəndəsinin sözlərinə görə, hadisə yerinə 45 nəfərlik şəxsi heyətə malik 9 yanğınsöndürmə qrupu göndərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi