Yuxarı
    Bağlamaq

    ​KİV: Robert Koçaryan üçün yeni partiya yaradılacaq

    Jamanak: Bu qüvvə keçmiş prezident üçün siyasi səhnədə yer azad etməklə yanaşı, onun böyük siyasətə qayıdışına lobbiçilik də edəcək

    Bakı. 10 iyul. REPORT.AZ/ Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın hakimiyyəti illərində xarici işlər naziri işləri olmuş Vardan Oskanyan və onun "Çiçəklənən Ermənistan" Partiyasındakı keçmiş həmkarı Vaqe Ovannisyan bu yaxınlarda yeni siyasi partiyanı elan edəcəklər.

    "Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

    "Jamanak" qəzeti yazır ki, yeni partiya ölkənin siyasi həyatında "Çiçəklənən Ermənistan" Partiyasını əvəzləyəcək: "Həmin qüvvə ilk növbədə keçmiş prezident Robert Koçaryan üçün siyasi səhnədə yer azad etməklə yanaşı, onun böyük siyasətə qayıdışına lobbiçilik də edəcək". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi