​KİV: Qazaxıstan müəssisələri Rusiya mallarına embarqo qoyulmasını istəyir

​KİV: Qazaxıstan müəssisələri Rusiya mallarına embarqo qoyulmasını istəyir Ölkənin bir sıra müəssisələri Rusiyadan ixrac olunan mallara kvotanın tətbiq edilməsini də dəstəkləyirlər
Region
23 Sentyabr , 2015 15:56
​KİV: Qazaxıstan müəssisələri Rusiya mallarına embarqo qoyulmasını istəyir

Bakı. 23 sentyabr. REPORT.AZ/ Qazaxıstan hakimiyyəti Rusiya istehsalı olan mallara embarqo tətbiq etməyə hazırlaşır. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Qazaxıstandakı yerli istehsal müəssisələri bu təkliflə çıxış edib.

Embarqo tətbiq ediləcəyi ehtimal olunan malların siyahısına avtomobillər, şüşə qablar, akkumlyator, toyuq yumurtası, un, makaron, meyvə şirələri, sərinləşdirici spirtsiz içkilər, dalğalı şifer, kabellər və naqillər, maya, yağ və piy, bəkməz, qənnadı məmulatları, sürtkü yağları, dəmir yolu tökmə külçə, sərinləşdirici mayelər daxildir.

Bir sıra müəssisələr Rusiyadan ixrac olunan mallara kvotanın tətbiq edilməsini dəstəkləyirlər. "Aziya avto", "Evro Kristall", "SAF Şüşə şirkəti", "Kaynar-AKB" bu mövqedən çıxış edən şirkətlərdir. 

Son xəbərlər

Orphus sistemi