Yuxarı

​KİV: PKK-nın Suriyadakı qolunun Moskvada nümayəndəliyi açılacaq

Rusiya Xarici İşlər Nazirliyinin rəsmiləri Moskvada PYD-nin sədri Salih Müslimi qəbul edəcəklər

Bakı. 20 oktyabr. REPORT.AZ/ Terrorçu PKK-nın Suriyadakı qolu "PYD" ("Demokratik Birlik Partiyası") Rusiyada nümayəndəliyini açacaq.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, oktyabrın 21-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmiləri Moskvada "PYD"-nin sədri Salih Müslimi qəbul edəcəklər.

Xəbərdə bildirilib ki, həmin görüşdə Suriyadakı vəziyyətlə yanaşı "PYD"-nin Moskvada nümayəndəliyinin açılması məsələsinin də müzakirə edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bir neçə ay ğncə S.Müslim Moskvada səfərdə olub. Həmin görüşlərdə ona Suriyada kürdlərə muxtariyyət veriləcəyi vəd olunduğu ehtimal edilir. 

Türkiyə rəsmiləri deyiblər ki, Suriyanın şimalında heç bir muxtariyyətin yaradılmasın yol verməyəcək. Bir müddət öncə ABŞ terrorçu PKK-nın bu qoluna 27 konteyner və ya 50 ton silah-sursat verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi