​KİV: Ollandla Putin Yerevanda görüşəcək

​KİV: Ollandla Putin Yerevanda görüşəcək "Onlar Ukraynadakı vəziyyəti və başqa məsələləri müzakirə edəcəklər"
Region
18 Aprel , 2015 12:12
​KİV: Ollandla Putin Yerevanda görüşəcək

Bakı. 18 aprel. REPORT.AZ/ Fransa prezidenti Fransua Olland aprelin 24-də Yerevanda Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

"Report" "Le Fiqaro" qəzetinə istinadən xəbər verir ki, bu haqda Yelisey sarayı məlumat yayıb.

"Yerevandakı görüşdə onlar Ukraynadakı vəziyyəti və başqa məsələləri müzakirə edəcəklər", - Fransa prezidentinin administrasiyasından bildirilib.

Xatırladaq ki, ötən gün Rusiya prezidentinin mətbuat katibi Dmitiri Peskov da Vladimir Putinin Yerevanda Fransua Ollandla görüşəcəyinin mümkünlüyünü söyləmişdi.

Son xəbərlər

Orphus sistemi