KİV: Moskva Baş Polis İdarəsinin rəisi tutduğu vəzifədən istefa verəcək

KİV: Moskva Baş Polis İdarəsinin rəisi tutduğu vəzifədən istefa verəcək Onu bu vəzifədə müavininin əvəzləyəcəyi gözlənilir
Region
23 Sentyabr , 2016 14:31
KİV: Moskva Baş Polis İdarəsinin rəisi tutduğu vəzifədən istefa verəcək

Bakı. 23 sentyabr. REPORT.AZ/ Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş Polis İdarəsinin rəisi Anatoli Yakunin şəxsi polis heyətinə yaxın zamanda istefa verəcəyini bildirib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, o, sentyabrın 23-də tabeliyində olanlarla sağollaşıb.

Məlumata görə, A.Yakunin Rusiya Daxili İşlər Nazirliyinin mərkəzi aparatında işləyəcək. Xəbərdə onun yeni vəzifəsinin adı açıqlanmasa da, polis rəisinin DİN-də idarələrdən birinə başçılıq edəcəyi ehtimal olunur.

Məlumatda bildirilib ki, A.Yakunini bu vəzifədə müavini, Moskva Şəhər Polis İdarəsinin rəisi Oleq Baranovun əvəzləyəcəyi ehtimal edilir.

Xəbərə görə, bu məlumat rəsmi mənbələr tərəfindən hələlik təsdiqlənməyib. 

Son xəbərlər

Orphus sistemi