​KİV: Kreml Türkiyə-İsrail münasibətlərinin normallaşmasından narahatdır

​KİV: Kreml Türkiyə-İsrail münasibətlərinin normallaşmasından narahatdır Moskva görüşdə İsrailin təbii qazını Türkiyənin almasından narazılığını da gizlətməyib
Region
19 Fevral , 2016 11:09
​KİV: Kreml Türkiyə-İsrail münasibətlərinin normallaşmasından narahatdır

Bakı. 19 fevral. REPORT.AZ/ "Rusiya İsrailin Türkiyə ilə yaxınlaşmasından narahat olduğunu bildirib".

"Report" "Haaretz" qəzetinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İsrail Xairci İşlər Nazirliyinin baş direktoru Dori Qoldunla görüşündə deyib.

Məlumata görə, Rusiya Türkiyəni Qəzza zolağında ehtimal olunan nüfuzunun artmasından, eləcə də İsrailin təbii qazının türk dövləti tərəfindən alınmasından narahatlığını gizlətməyib.

Xəbərə əsasən, İsrail nümayəndə heyətinin Moskva səfərinin əsas mövzusu Suriyadakı vəziyyət olsa da, Rusiya tərəfi Türkiyə-İsrail münasibətlərindəki yaxınlaşma ilə bağlı mövzuya toxunmağı da vacib sayıb.

Moskva görüşdə İsrailin təbii qazını Türkiyənin almasından narazılığını da gizlətməyib.

Qeyd edək ki, Rusiyanın ixrac etdiyi təbii qazın böyük bir hissəsini Türkiyə alır.

Son xəbərlər

Orphus sistemi