Yuxarı
    Bağlamaq

    KİV: Korrupsiya, çirkli pulların yuyulması, dərəbəylik və zorakılıq - bütün bunlar Ermənistan ordusunun hazırkı vəziyyətidir

    Münaqişə zonasında zorakılığın artması ordunun real vəziyyətini gizlətməyə imkan verdiyinə görə, bu, Ermənistanın hərbi məmurlarına sərf edir

    Bakı. 4 iyul. REPORT.AZ/ "Korrupsiya, oğurluq və çirkli pulların yuyulması, dərəbəylik, zorakılıq, qətl və itaətsizlik - bütün bunlar Ermənistan ordusunun hazırki vəziyyətinin real göstəricisidir".

    "Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i yazıb.

    KİV qeyd edir ki, Ermənistan ordusunda mövcud vəziyyətdən narazılığı sosial şəbəkə istifadəçiləri də bildirir. "...Nə qədər ki, səriştəsiz diletantlar hakimiyyətdədir, bu, heç vaxt bitməyəcək... Çünki balıq başından iylənir..."; "Nə vaxta qədər belə davam edəcək????? Orduda özbaşınalıqdır"; "görəsən, bu biabırçılıq heç vaxt bitməyəcək?" - bütün bunlar Ermənistan KİV-də yazılan sosial şəbəkələrdən toplanmış reaksiyalardır. KİV yazır: "Münaqişə zonasında zorakılığın artması ordunun real vəziyyətini gizlətməyə imkan verdiyinə görə, bu, Ermənistanın hərbi məmurlarına sərf edir".

    "Aprel hadisələrindən sonra təmas xəttində sakitlik hökm sürür. Amma bu qısa müddətdə bizim orduda xeyli sayda mənfi, təhlükəli və biabırçı hallar üzə çıxdı. Beşdən çox korrupsiya qalmaqalı (Ermənistan Müdafiə Nazirliyinin yüksək eşelonlarında), üçdən çox oğurluq faktları və oğurluq zamanı bir ölüm halı (məsələn, İcevanda yerləşən hərbi hissələrdən birində sıravi əsgər Ovanes Petrosyan yanacaq oğurluğunun qarşısını almaq istəyərkən öldürülüb) qeydə alınıb. Eyni zamanda, həm ölkə daxilində, həm də xaricdə yalnız Ermənistan Silahlı Qüvvələri üçün nəzərdə tutulmuş ərzaq məhsullarının satışı faktı aşkar edilib, hərbçilərin valideynləri özləri əsgərlər üçün hərbi forma alır, hər yerdə əsgərlərlə çavuşlar, əsgərlərlə zabitlər arasında nizamnəməyə uyğun olmayan hallar yaşanır (məsələn, mayın 16-da altı əsgər bölük komandirini döyüb), hərbi hissələrdə əsgərlərin zorlanması faktları aşkarlanıb", - Ermənistan KİV yazır.

    Onların hesablamalarına görə, təkcə iyun ayında Ermənistan tərəfinin itkiləri 9 ölü və 18 yaralı əsgər təşkil edib: "Bu, hərbi itkilər deyil, sadəcə, xaos və intizamsızlığın nəticəsidir. Bütün bunları görən valideynlər övladlarını xidmətə buraxmaq istəmirlər".

    Ermənistanın KİV-inin yazdığına görə, Azərbaycanın işğal altında olan Qarabağ ərazisində döyüşməmək üçün Ermənistanda hər bir çağırışçıdan 5 min ABŞ dolları məbləğində rüşvət tələb edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi