Yuxarı

​KİV: İŞİD-in Türkiyə ilə bağlı yeni planı məlum olub

Bu terrorçu qruplaşma gələcək fəaliyyətini 3 istiqamətdə davam etdirməyi planlaşdırır

Bakı. 28 sentyabr. REPORT.AZ/ İŞİD terror qruplaşmasının Türkiyə ilə bağlı yeni planları məlum olub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, terror təşkilatının yeni strategiyasına əsasən, Türkiyədə sabitliyi pozmaq məqsədilə hücrələr yaradılacaq və pul mənbələri əldə etmək istiqamətində fəaliyyət göstəriləcək. Məlumatı mətbuata Qərb dövlətlərinin kəşfiyyat orqanlarının məsulları ötürüb. 

Məlumata görə, terrorçuların Türkiyədə hədəfi yeni torpaqlar ələ keçirmək deyil, yaxın və uzaqdakı düşmənlərinin olduğu yerlərə hücum etməkdir: "İŞİD-in məqsədi Türkiyəni qarışdırmaq, terroru bu ölkəyə köçürməkdir".

Xəbərdə bildirilib ki, bu terrorçu qruplaşma Avropa ölkələri və uzaq dövlətlərdə də terror aktları planlaşdırır. 

Kəşfiyyat xidməti məsullarından birinin dediyinə görə, İŞİD gələcək fəaliyyətini 3 istiqamətdə davam etdirməyi planlaşdırır. Bura Misirin Sina yarımadasında və Liviyada torpaqlar ələ keçirmək, Türkiyə, İordaniya, Livan və Səudiyyə Ərəbistanı kimi dövlətlərdə sabitliyi pozmaq məqsədilə hücrələr yaradıb, maliyyə mənbələri yaratmaq, Avropada, dünyanın müxtəlif yaxın və uzaq dövlətlərində hücumlar təşkil edib, terrorlar törətmək daxildir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi