İranla "altılıq" ölkələri arasında razılıq əldə edilib

İranla "altılıq" ölkələri arasında razılıq əldə edilib Yaxın saatlarda nəticələr elan olunacaq
Region
14 İyul , 2015 11:27
İranla altılıq ölkələri arasında razılıq əldə edilib

Bakı. 14 İyul. REPORT.AZ/ Vyanada İranla "altılıq" ölkələri arasında keçirilən danışıqlarda Tehranın atom-nüvə proqramı üzrə razılıq əldə edilib.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Xəbərdə bildirilib ki, bütün məsələlər üzrə kompromis əldə edilib və yaxın saatlarda nəticələr elan olunacaq. 

Avropa İttifaqının xarici siyasət xidmətinin mətbuat katibi Ketrin Rey "Twitter" səhifəsində yazıb ki, bu gün saat 10.30- da (Bakı vaxtı ilə saat 13.30) BMT-nin Vyanadakı mənzil-qərargahında "altılıq" ölkələri ilə İran arasında sonuncu plenar iclas keçiriləcək. İclasdan sonra mətbuat konfransı olacaq.

Danışıqlarda iştirak edən iranlı diplomat "Reuters"ə deyib: "Nəhayət səylərimiz nəticə verdi. Razılaşdıq".

Son xəbərlər

Orphus sistemi