KİV: "İranın nüvə proqramı ilə bağlı üç məsələ həll edilməyib"

KİV: "İranın nüvə proqramı ilə bağlı üç məsələ həll edilməyib" ​Diplomat: "Bəzən elə vəziyyət yaranır ki, siz ya "hə", ya da "yox" deməlisiniz"
Region
30 Mart , 2015 17:42
KİV: İranın nüvə proqramı ilə bağlı üç məsələ həll edilməyib

Bakı. 30 mart. REPORT.AZ/ "İranın nüvə proqramı üzrə aparılan danışıqlarda həll edilməyən üç məsələ var". "Report" "TASS"a istinadən xəbər verir ki, bunu qərbli diplomat bildirib.

Həmin üç məsələ bunlardır: razılaşmanın fəaliyyət müddəti, BMT sanksiyalarının ləğv ediləcəyi tarix, İranın müqaviləni pozacağı halda qadağaların tətbiqi mexanizmi.

Məlumatda bildirilib ki, martın 31-dək bu məsələlərin öz həllini tapacağı hələlik aydın deyil.

Diplomatın sözlərinə əsasən, İran razılaşmanın şərtlərini indiki halda qəbul edib-etməməsinə cavab verməlidir. O, İslam Respublikasının mövcud durumunu belə səciyyələndirib: "Bəzən elə vəziyyət yaranır ki, siz ya "hə", ya da "yox" deməlisiniz".

Xatırladaq ki, on günə yaxındır İranın nüvə proqramı üzrə ABŞ-İran, İran - "altılıq" (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) arasında danışıqlar gedir. Xəbərlərə əsasən, bu müzakirələrin yekunu olaraq martın 31-də razılaşma imzalanmalıdır.

Son xəbərlər

Orphus sistemi