​KİV: İran prezidenti BMT Baş Assambleyasında iştirakını dayandırır

​KİV: İran prezidenti BMT Baş Assambleyasında iştirakını dayandırır O, Məkkədə ölən iranlı zəvvarları gətirən təyyarəni qarşılamaq üçün Tehrana yola düşür
Region
28 Sentyabr , 2015 07:45
​KİV: İran prezidenti BMT Baş Assambleyasında iştirakını dayandırır

Bakı. 28 sentyabr. REPORT.AZ/ İran prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının 70-ci sessiyasında iştirakını dayandırır.

"Report" xəbər verir ki, bu barədə IRNA agentliyi yazıb.

Məlumata görə, o, Məkkədə Həcc ziyarəti zamanı həlak olan iranlı zəvvarları gətirən təyyarənin qarşılanması mərasimində iştirak etmək üçün Tehrana yola düşmək üzrədir.

"Prezident Ruhani BMT Baş Assambleyası "sahələri"ndə planlaşdırılan bir sıra görüşlərini ləğv edib və bazar ertəsi (bu gün) günorta saatlarında Nyu-Yorku tərk edəcək", - deyə IRNA-nın məlumatında bildirilir.

Sentyabrın 24-də Səudiyyə Ərəbistanının müqəddəs Məkkə şəhərində Həcc ziyarəti zamanı yaranan basırıq nəticəsində aralarında yüzdən çox iranlının olduğu 769 zəvvar ölüb, 934 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi