KİV: İran-Ermənistan avtomobil yolunun tikinitisini başa çatdırmaq mümkün olmayacaq

KİV: İran-Ermənistan avtomobil yolunun tikinitisini başa çatdırmaq mümkün olmayacaq Beynəlxalq maliyyə qurumları layihənin səmərəsizliyini nəzərə alaraq, ona sərmayə qoymağı riskli sayırlar
Region
8 Noyabr , 2017 12:02
KİV: İran-Ermənistan avtomobil yolunun tikinitisini başa çatdırmaq mümkün olmayacaq

Bakı. 8 noyabr. REPORT.AZ/ Maliyyə problemlərinə görə İran-Ermənistan avtomobil yolunun tikintisini başa çatdırmaq mümkün olmayacaq.

“Report” “Jamanak”a istinadən xəbər verir ki, beynəlxalq təşkilatlar bu layihəyə pul ayırmırlar.

Qəzetin yazdığına görə, Ermənistan hökuməti avtomobil yolunun tikintisini başa çatdırmaq üçün sərmayəçi axtarır.

Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Vaqan Martirosyan “Jamanak”a müsahibəsində bildirib ki, Artaşat-Mehri avtomobil yolunun tikintisi üçün 1,5 milyard dollar maliyyə vəsaitinə ehtiyac var.

İran-Ermənistan avtomobil yolunu ermənilər “Şimal-Cənub” layihəsi adlandırırlar. Bu layihə 2014-cü il avqustun 7-də Ermənistan hökuməti tərəfindən təsdiqlənsə də, demək olar ki, daş-daş üstünə qoyulmayıb. İlkin hesablamalara əsasən, layihənin dəyəri 3,5 milyard dollardır.

Ancaq beynəlxalq maliyyə qurumları layihənin səmərəsizliyini nəzərə alaraq, ona sərmayə yatırmağı riskli sayırlar. Çünki bu xəttdən iki dövlətdən başqa kiminsə istifadə etməsi mümkünsüzdür. 

Son xəbərlər

Orphus sistemi