Yuxarı

KİV: Gürcüstan prezidentinin mətbuat katibi istefa verib

​KİV: Gürcüstan prezidentinin mətbuat katibi istefa verib

Gürcüstan prezidenti Salome Zurabişvilinin mətbuat katibi Xatia Moistsrapişvili istefa verib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

X.Moistsrapişvilinin istefasına onun S.Zurabişvili ilə bir sıra məsələlər üzrə yaranan fikir ayrılıqlarının səbəb olduğu bildirilir.

X.Moistsrapişvili bu ilin yanvarında Gürcüstan prezidentinin mətbuat katibi təyin olunub. Buna qədər o, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri və qurumun mətbuat katibi olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi