Gülnarə Kərimova atasının dəfn mərasimində iştirak etməyib

Gülnarə Kərimova atasının dəfn mərasimində iştirak etməyib Kərimovun ikinci qızı 38 yaşlı Lola Səmərqənddəki dəfn mərasimində iştirak edib
Region
3 Sentyabr , 2016 17:36
Gülnarə Kərimova atasının dəfn mərasimində iştirak etməyib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova atasının dəfn mərasimində iştirak etməyib. 

"Report" xəbər verir ki, bu barədə "Fərqanə" məlumat verib. 

Kərimovun ikinci qızı 38 yaşlı Lola Səmərqənddəki dəfn mərasimində iştirak edib.

Məlumata görə, G.Kərimova faktiki olaraq ev dustağıdır, internetə çıxışı yoxdur. Onunla birgə qızı İman yaşayır, oğlu İslam isə hazırda Londonda yaşayır və babasının dəfn mərasiminə gəlməyib. 

78 yaşlı Özbəkistan prezidentini bu gün doğma şəhəri Səmərqənddə dəfn ediblər. İ.Kərimovun vəfatı haqqında sentyabrın 2-də axşam elan olunub. 

Son xəbərlər

Orphus sistemi