KİV: Ermənistanın müdafiə naziri yalnız Azərbaycanla münaqişə səbəbindən vəzifəsindən azad edilmir

KİV: Ermənistanın müdafiə naziri yalnız Azərbaycanla münaqişə səbəbindən vəzifəsindən azad edilmir Ermənistan Silahlı Qüvvələrinin yüksək rütbəli generallarının istefalarından sonra Serj Sarqsyan və Seyran Ohanyan arasında söhbət baş tutub
Region
22 İyun , 2016 11:27
KİV: Ermənistanın müdafiə naziri yalnız Azərbaycanla münaqişə səbəbindən vəzifəsindən azad edilmir

Bakı. 22 iyun. REPORT.AZ/ Ermənistanın müdafiə naziri Seyran Ohanyan yalnız Azərbaycanla davam edən münaqişə səbəbindən vəzifəsindən azad edilmir.

"Report" xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Ermənistan Silahlı Qüvvələrinin yüksək rütbəli generallarının istefalarından və genişmiqyaslı korrupsiya faktlarının aşkarlanmasından sonra prezident Serj Sarqsyan və müdafiə naziri Seyran Ohanyan arasında söhbət baş tutub.

"Sarqsyanın sözləri təxminən belə olub ki, Azərbaycan amilini nəzərə alaraq, naziri hələlik vəzifəsində saxlamaq lazımdır, amma o, "günahını yumalıdır". Əldə etdiyimiz məlumata görə, Ohanyan yaxın ətrafı ilə gələcəyi barədə danışarkən könüllü istefa ərizəsi yazmayacağını bildirib. Onun hətta "pis işləyirəmsə, qoy prezident məni vəzifədən kənarlaşdırsın" dediyi söylənilir", - qəzet yazıb.

Son xəbərlər

Orphus sistemi