Yuxarı

​KİV: Ermənistanın müdafiə naziri korrupsiyaya görə istefa verə bilər

Seyran Ohanyanın ailə üzvləri, yaxınları yoxlama aparan məmurları dilə tutur, onlardan qanun pozuntularına göz yummalarını istəyirlər

Bakı. 19 fevral. REPORT.AZ/ Ermənistan Müdafiə Nazirliyində keçirilən yoxlama nazir Seyran Ohanyanın istefası ilə nəticələnə bilər.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, Müdafiə Nazirliyində bir həftədir yoxlama aparılır.

Nazir Seyran Ohanyanın ailə üzvləri, yaxınları və nazirliyin başqa məsul işçiləri yoxlama aparan məmurları "dilə tutur", onlardan qanun pozuntularına göz yummalarını istəyirlər.

"Transparency International"ın Antikorrupsiya Mərkəzinin bu yaxınlarda yaydığı hesabatda bildirilib: "Müdafiə naziri və nazirliyin ayrı-ayrı əməkdaşları maliyyə fəaliyyəti şəffaf olmayan bir sıra ticarət mərkəzlərinin sahibidir, yaxud aksiyalarda payları var". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi