KİV: Ermənistanın baş naziri özünün təyin etdiyi nazirləri seçkilərə qədər "təmizləməyə" hazırlaşır

KİV: Ermənistanın baş naziri özünün təyin etdiyi nazirləri seçkilərə qədər "təmizləməyə" hazırlaşır Yaxın zamanlarda Ermənistan hökumətinin tərkibində növbəti dəyişikliklər gözlənilir
Region
1 Fevral , 2017 11:34
KİV: Ermənistanın baş naziri özünün təyin etdiyi nazirləri seçkilərə qədər təmizləməyə hazırlaşır

Bakı. 1 fevral. REPORT.AZ/ Yaxın zamanlarda Ermənistan hökumətinin tərkibində növbəti dəyişikliklər gözlənilir.

Bu barədə "Report" Ermənistanda dərc edilən "Joqovurd" qəzetinə istinadən xəbər verir.

Nəşr Ermənistan baş naziri Karen Karapetyanın ötən ilin sentyabr ayında hökuməti formalaşdıran və nazirləri təyin edən zaman seçdikləri şəxslərin ya silahdaşları olduğunu, ya da həmin vaxt daha yaxşı namizəd tapa bilmədiyini söylədiyini xatırladıb.

"Mətbuatda isə dəfələrlə baş nazirin tempinə heç də bütün nazirlərin tab gətirməməsi və bunun hökumətin iclaslarında aydın görünməsi barədə informasiya yayılıb", - qəzet yazıb.

Nəşr Ermənistan hökumətinə yaxın mənbələrə istinadən yazıb ki, baş nazir rəhbərlik etdiyi kabinetdə bəzi dəyişikliklər planlaşdırır.

"Hətta onun özünün təyin etdikləri şəxslərə də rəhm etməyəcəyi bildirilir. Bu dəyişikliklərin parlament seçkilərinə qədər həyata keçiriləcəyi də istisna deyil", - "Joqovurd" qəzeti qeyd edib.

Son xəbərlər

Orphus sistemi