KİV: Ermənistanda respublikaçı baş nazirlə daşnak nazir arasında qarşıdurma yaranıb

KİV: Ermənistanda respublikaçı baş nazirlə daşnak nazir arasında qarşıdurma yaranıb Haykakan Jamanak”: “Dar çevrədə nazir açıq-aşkar baş nazirin üzərinə yeriyərək, ona qarşı çıxş edir, söylədiyi fikirlərə iradını bildirir”
Region
7 Noyabr , 2017 13:14
KİV: Ermənistanda respublikaçı baş nazirlə daşnak nazir arasında qarşıdurma yaranıb

Bakı. 7 noyabr. REPORT.AZ/ “Ermənistanın baş naziri Karen Karapetyanın ətraf mühitin mühafizəsi naziri Artsavik Minasyanla münasibətləri hələ də normallaşmayıb”.

“Report” xəbər verir ki, bunu ölkənin “Haykakan Jamanak” qəzeti yazıb. 

Məqalədə bildirilib ki, K.Karapetyan ətraf mühitin mühafizəsi nazirini qəbul etmir və ondan acığı gəlir.

“Onlar hətta rəsmi səviyyədə nə salamlaşır, nə danışırlar. Minasyan Karapetyan üçün qəbuledilməz nazirdir. Baş nazir onun istefasına nail ola bilməyib.

Mminasyan da baş nazirlə mövcud olan soyuqluğu aradan qaldırmağa cəhd göstərmir. Dar çevrədə nazir açıq-aşkar baş nazirin üzərinə yeriyərək, ona qarşı çıxş edir, söylədiyi fikirlərə iradını bildirir”, - deyə qəzet yazıb.

Məlumata görə, A.Minasyanla K.Karapetyan arasında qarşıdurma bir ildir davam edir. Ötən il K.Karapetyan baş nazir olandan sonra A.Minasyanın ətraf mühitin mühafizəsi naziri olmasını istəmirdi. Ancaq A.Minsyanın nazir olmasında Daşnaksütyun Partiyası israr edirdi.

Qeyd edək ki, Ermənistanın indiki hökuməti prezident Serj Sarqsyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyası ilə daşnakların koalisiyasından formalaşıb. 

Son xəbərlər

Orphus sistemi