KİV: Ermənistan Silahlı Qüvvələri Baş Qərargahında dəyişikliklər ediləcək

KİV: Ermənistan Silahlı Qüvvələri Baş Qərargahında dəyişikliklər ediləcək Bu yaxınlarda istefaya göndərilən Enriko Apriamovun yerinə isə təyinat olmayacaq
Region
6 May , 2017 13:17
KİV: Ermənistan Silahlı Qüvvələri Baş Qərargahında dəyişikliklər ediləcək

Bakı. 6 may. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələri Baş Qərargahında yaxın zamanda ciddi dəyişikliklər ediləcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Baş Qərargah rəisinin müavinlərinin sayı 4-dən birə endiriləcək.

Hazırda baş qərargah rəisinin 4 müavini var. Aykaz Baqmanyan və Stepan Qalstayan ixtisara düşəcək. Bu yaxınlarda istefaya göndərilən Enriko Apriamovun yerinə isə təyinat olmayacaq.

Məlumata görə, 47 yaşlı general-mayor Onik Qasparyan baş qərargahın yeganə müavini olaraq, tutduğu vəzifədə qalacaq. 

Son xəbərlər

Orphus sistemi