KİV: Ermənistanın Rusiyada fəaliyyətsizlikdə ittiham olunan səfiri istefaya göndəriləcək

KİV: Ermənistanın Rusiyada fəaliyyətsizlikdə ittiham olunan səfiri istefaya göndəriləcək Vladimir Solovyovun Yerevana gəlişindən sonra səfirin istefası barədə məlumatlar yayılıb
Region
8 Mart , 2017 18:55
KİV: Ermənistanın Rusiyada fəaliyyətsizlikdə ittiham olunan səfiri istefaya göndəriləcək

Bakı. 8 mart. REPORT.AZ/ Ermənistanın Rusiyadakı səfiri Oleq Esayan martın 9-da istefaya göndəriləcək. 

"Report" "Jamanak" qazetinə istinadən xəbər verir ki, onu Vardan Toqanyan əvəz edəcək.

Vardan Toqanyan 2014-cü ildə almazların cilalanması ilə məşğul olan "Şoqakn" şirkətinin səhmdarı olub.

Qeyd edək ki, Ümumrusiya Dövlət Teleradio Yayım Şirkətinin siyasi verilişlərin aparıcısı Vladimir Solovyovun Yerevana gəlişindən sonra, Ermənistanın Rusiyadakı səfiri Oleq Esayanın istefası barədə məlumatlar yayılıb. Vladimir Solovyov mətbuat konfransında səfiri fəaliyyətsizlikdə ittiham edib.

Son xəbərlər

Orphus sistemi