​KİV: Ermənistan prezidenti ilə baş naziri arasında münasibətlər kəskinləşib

​KİV: Ermənistan prezidenti ilə baş naziri arasında münasibətlər kəskinləşib "Daşnakların üzvünün hökumətdə təmsil olunmaması üçün Ovik Abramyan əlindən gələni edir"
Region
3 Fevral , 2016 12:31
​KİV: Ermənistan prezidenti ilə baş naziri arasında münasibətlər kəskinləşib

Bakı. 3 fevral. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyanla baş nazir Ovik Abramyanın münasibətləri kəskinləşib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, buna səbəb kimi hakim Respublikaçılar Partiyası ilə Daşnaksütyun İnqilabi Federasiyası arasında növbəti koalisiya hökumətinin qurlması haqda danışıqlar göstərilir.

İnformasiyaya əsasən, Serj Sarqsyan ədliyyə naziri vəzifəsinə daşnakların üzvü Artsvik Minasyanı israrla təyin etmək istəyir. Ancaq indiki nazir Arpine Ovannisyanı Ovik Abramyan təyin edib. Xəbərdə bildirlib ki, daşnakların üzvünün hökumətdə təmsil olunmaması üçün O.Abramyan əlindən gələni edir. 

A.Minasyana qubernator vəzifəsi təklif edilib. O, bu postda özünü təsəvvür etmədiyinin bildirib.

Məlumata əsasən, keçid mərhələsi kimi A.Minasyanın iqtisadiyyat naziri təyin olunacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi