KİV: Ermənistan hökumətinin istefaya göndərilməsi məsələsi müzakirə edilir

KİV: Ermənistan hökumətinin istefaya göndərilməsi məsələsi müzakirə edilir Polis rəisi Vladimir Qasparyan istefaya göndərilə bilər
Region
22 İyul , 2016 12:34
KİV: Ermənistan hökumətinin istefaya göndərilməsi məsələsi müzakirə edilir

Bakı. 22 iyul. REPORT.AZ/ Ermənistan hakimiyyəti yaranmış vəziyyətdən çıxış yolu kimi bu günlərdə Nazirlər Kabinetinin istefası ehtimalını müzakirə edir. Hərçənd polis binasını ələ keçirib hüquq-mühafizə orqanının əməkdaşlarını girov saxlayan silahlı qruplaşmanın üzvləri prezident Serj Sarqsyanın istefasını tələb edir.

"Report" xəbər verir ki, bu barədə "Aykakan jamanak" qəzeti öz mənbələrinə istinadən yazıb.

"Məlum olduğu kimi, Jirayr Sefilyan, üsyançılar və hökumət arasındakı danışıqlar zamanı hansısa üçüncü variant barədə bəyanat səslənib. Tərəflərin razılığa gələcəyi və hökumətin, bəzi güc strukturlarının rəhbərlərinin, məsələn, polis rəisi Vladimir Qasparyanın istefaya göndərilməsi ilə kifayətlənəcəyi istisna deyil. Serj Sarqsayn isə islahatlar barədə yeni vədlər verəcək", - qəzet yazıb.

Nəşr, həmçinin Yerevanda polislərin girov götürülməsi kontekstində Ermənistan prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar çərçivəsində heç bir ərazi güzəştinə getməyəcəklərini söz verəcəyini də istisna etmir.

"Bu yolla o, danışıqlar zamanı vasitəçilərə ölkə daxilindən təzyiqlə üzləşdiyini göstərməyə çalışacaq", - deyə "Aykakan jamanak" yazıb.

Son xəbərlər

Orphus sistemi