KİV: Ermənistan Futbol Federasiyasının prezidenti ölkəni tərk edib

KİV: Ermənistan Futbol Federasiyasının prezidenti ölkəni tərk edib O, bir erməninin döyülməsini təşkil etməkdə şübhəli bilinir
Region
22 Oktyabr , 2015 16:05
KİV: Ermənistan Futbol Federasiyasının prezidenti ölkəni tərk edib

Bakı. 22 oktyabr. REPORT.AZ/ Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan ölkədən qaçıb.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Xəbərə görə, o, Smbat Akopyan adlı erməninin döyülməsi ilə bağlı İstintaq Komitəsində dindirildikdən sonra atası və həyat yoldaşı ilə birlikdə Ermənistandan çıxıb.

Məlumatda bildirilib ki, Smbat Akopyanın döyülməsi hadisəsinin arxasında Ruben Ayrapetyanın durduğu iddia edilir.

Qeyd edək ki, Smbat Akopyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni silahlı qruplaşmasının tərkibində fəaliyyət göstərib. 

Son xəbərlər

Orphus sistemi