KİV: Donald Trampın Rusiyaya səfir təyin etmək istədiyi namizədlərin adları açıqlanıb

KİV: Donald Trampın Rusiyaya səfir təyin etmək istədiyi namizədlərin adları açıqlanıb Konqresmen Dana Rorabaher, diplomat Tomas Qrem və dövlət katibinin keçmiş müşaviri Henri Kissincer əsas namizədlərdir
Region
28 Dekabr , 2016 11:02
KİV: Donald Trampın Rusiyaya səfir təyin etmək istədiyi namizədlərin adları açıqlanıb

Bakı. 28 dekabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Rusiyaya səfir təyin etmək istədiyi 3 nəfərin namizədliyini nəzərdən keçirir. 

“Report” Rusiyanın “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, D.Tramp bu təyinata Moskva ilə münasibətləri normallaşdıracaq əsas məsələ kimi baxır.

Qəzetin yazdığına görə, konqresmen Dana Rorabaher, diplomat Tomas Qrem və dövlət katibinin keçmiş müşaviri Henri Kissincer ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə əsas namizədlərdir.

ABŞ-ın Rusiyadakı yeni səfiri 2017-ci ildə təyin ediləcəyi bildirilib.

Qeyd edək ki, konqresmen Dana Rorabaher 2012-ci ilin sentyabrında Azərbaycanda səfərdə olub.

Son xəbərlər

Orphus sistemi