Yuxarı

İstanbul Böyük Şəhər Bələdiyyəsinə seçkinin qeyri-rəsmi nəticəsi məlum olub

KİV: CHP-nin nümayəndəsi qalib gəlib

İstanbul Böyük Şəhər Bələdiyyəsinə keçirilən seçkilərdə Cümhurriyyət Xalq Partiyasından (CHP) sədrliyə namizəd Əkrəm İmamoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırmdan 13 min 781 çox səs qazanıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Türkiyə Mərkəzi Seçki Komissiyası isə bu barədə rəsmi açıqlama verməyib. Bundan başqa, İstanbul Böyük Şəhər Bələdiyyəsinə yenidən seçkilərin keçirilməsi ilə bağlı AKP MSK-ya müraciət edib.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi