KİV: Azərbaycan və Türkiyənin 10 qadın vətəndaşı İraqda ömürlük həbs cəzasına məhkum edilib

KİV: Azərbaycan və Türkiyənin 10 qadın vətəndaşı İraqda ömürlük həbs cəzasına məhkum edilib Türkiyə vətəndaşı olan bir qadın isə İŞİD-i dəstəklədiyinə görə ölüm cəzasına məhkum olunub
Region
19 Fevral , 2018 12:52
KİV: Azərbaycan və Türkiyənin 10 qadın vətəndaşı İraqda ömürlük həbs cəzasına məhkum edilib

Bakı. 19 fevral. REPORT.AZ/ İraq məhkəməsi Azərbaycan və Türkiyənin 10 qadın vətəndaşını İŞİD terror qruplaşmasını dəstəklədiyinə görə ömürlük həbs cəzasına məhkum edib.

"Report" "Al Sumaria" telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin Ali Məhkəmə Şurasının nümayəndəsi Abdel Səttar Birkdar məlumat verib.

Onun sözlərinə görə, Türkiyə vətəndaşı olan daha bir qadın isə İŞİD-i dəstəklədiyinə görə ölüm cəzasına məhkum edilib.

KİV İraq rəsmilərinin İŞİD silahlılarının yüzlərlə arvadını saxladığını iddia edir. Onlar arasında Avropa İttifaqı, Asiya ölkələrinin, ABŞ-ın, Rusiyanın vətəndaşları da var.

Son xəbərlər

Orphus sistemi