KİV: Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyəcək

KİV: Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyəcək Bakı. 13 dekabr. REPORT.AZ/ Avropa İttifaqının Brüssel zirvə görüşünün iştirakçı ölkələri Ukraynanın Azov dənizindəki hadisə nəticəsində zərər çəkən bölgələrinə yardım təklifi irəli sürəcək, lakin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə razılıq verməyəcək.
Region
13 Dekabr , 2018 14:25
KİV: Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyəcək

Bakı. 13 dekabr. REPORT.AZ/ Avropa İttifaqının Brüssel zirvə görüşünün iştirakçı ölkələri Ukraynanın Azov dənizindəki hadisə nəticəsində zərər çəkən bölgələrinə yardım təklifi irəli sürəcək, lakin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə razılıq verməyəcək.

“Report” “Euractiv”ə istinadən xəbər verir ki, sammitin nəticələrinə dair layihəyə əsasən, üzv dövlətlər arasındakı fikir ayrılıqları üzündən Rusiyaya qarşı yeni sanksiyalar məsələsinə yer ayrılmayıb.

Belə ki, bəzi ölkələr tərəfindən yeni sanksiyalara çağırışa baxmayaraq, bu barədə razılığa nail olunmadığından mövcud sanksiyaları davam etdirməyə üstünlük veriləcək.

Son xəbərlər

Orphus sistemi