Yuxarı

​KİV: ABŞ terrorçu PKK-ya silah yardımı edib

Rəsmi Ankara Vaşınqtondan məsələ ilə bağlı açıqlama gözləyir

Bakı. 13 oktyabr. REPORT.AZ/ ABŞ terrorçu PKK-nın Suriyadakı qolu "PYD"-yə ("Demokratik Birlik Partiyası") 27 konteyner silah-sursat göndərib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda terrorçulara məxsus "Politik kedi" saytı məlumat yayıb.

Məlumata görə, rəsmi Ankara Vaşınqtondan məsələ ilə bağlı açıqlama gözləyir. Bu silahların Türkiyə ərazisindəki İncirlik bazasından göndərilməsinə dair məsələ araşdırılır.

Xəbərdə bildirilib ki, ABŞ axtarış-xilasetmə vertolyotunu Diyarbəkirdəki hərbi bazaya göndərmişdi.

Bundan başqa, Dövlət Departamentinin sözçüsü Con Kirbi bildirib ki, ABŞ "PYD" və "YPG"-ni ("Xalqı Müdafiə Birliyi") terrorçu təşkilatlar kimi tanımır: "Onlar İŞİD-ə qarşı mübarizə aparır. O biri tərəfdən isə Suriya Ərəb Şurasını formalaşdıran "Ceyş əl-Suvar", "Burkan əl Fırat", "El Sanadid", "El Cezire Tugayları (briqadası)" və "Süryani əsgəri şurası"nın “Suriya Demokratik Güçləri”nə birləşirlər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi