KİV: ABŞ hərbçiləri və terrorçular Membicdən çıxır, bölgə ASO-ya təhvil verilir

KİV: ABŞ hərbçiləri və terrorçular Membicdən çıxır, bölgə ASO-ya təhvil verilir Bakı. 28 mart. REPORT.AZ/ ABŞ-ın rəsmi nümayəndələri və terrorçu PKK/YPG-PYD qruplaşmasının təmsilçiləri Suriyanın Membic şəhərində keçirdikləri birgə toplantıda bölgədən çıxmaq və həmin ərazilərin Azad Suriya Ordusuna təhvil verilməsi barədə qərar qəbul ediblər.
Region
28 Mart , 2018 10:35
KİV: ABŞ hərbçiləri və terrorçular Membicdən çıxır, bölgə ASO-ya təhvil verilir

Bakı. 28 mart. REPORT.AZ/ ABŞ-ın rəsmi nümayəndələri və terrorçu PKK/YPG-PYD qruplaşmasının təmsilçiləri Suriyanın Membic şəhərində keçirdikləri birgə toplantıda bölgədən çıxmaq və həmin ərazilərin Azad Suriya Ordusuna təhvil verilməsi barədə qərar qəbul ediblər.

“Report” xəbər verir ki, bunu “Habertürk” qəzeti yazıb. 

Məlumata görə, toplantıda Membicin bəzi nöqtələrində ABŞ-ın hərbi məntəqələrinin yerləşdirilməsi və terrorçu qruplaşmanın Fərat çayının qərbindən tamamilə çəkilməsi ilə bağlı qərar da qəbul olunub.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ hərbçilərinin və terrorçuların Membicdən çəkilməsini tələb etmişdi. O, bölgəyə Türkiyə ordusunun girərək oranı terrorçulardan təmizləyəcəyini və ərazinin həqiqi sahiblərinə veriləcəyini bildirmişdi.

Xatırladaq ki, Afrindən sonra Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Tel-Rıfatı da terrorçu PKK-nın Suriyadakı qollarından olan YPG silahlılarından azad edib.

Son xəbərlər

Orphus sistemi