KİV: Abdullah Gül AKP-nin qurultayında iştirak etməyəcək

KİV: Abdullah Gül AKP-nin qurultayında iştirak etməyəcək O, AKP-nin əsas qurucularındandır
Region
11 Sentyabr , 2015 20:58
KİV: Abdullah Gül AKP-nin qurultayında iştirak etməyəcək

Bakı. 11 sentyabr. REPORT.AZ/ Türkiyənin 11-ci prezidenti Abdullah Gül hakim Ədalət və İnkişaf Partiyasının (AKP) növbəti qurultayında iştirak etməyəcək.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Abdullah Gül qurultaya getməyəcəyini yaxın ətrafına da bildirib. Xəbərə görə, o, bununla bağlı yazılı mesaj da göndərəcək.

Xəbərdə bildirilib ki, ötən həftə Türkiyənin baş naziri Əhməd Davudoğlu 11-ci prezidentə telefonla zəng edərək, onu sentyabrın 12-də keçiriləcək qurultaya dəvət edib.

Xatırladaq ki, Abdullah Gül AKP-nin əsas qurucularındandır. 

Son xəbərlər

Orphus sistemi