​Kəskin hava şəraiti səbəbindən Türkiyənin iki bölgəsində məktəblər bağlanıb

​Kəskin hava şəraiti səbəbindən Türkiyənin iki bölgəsində məktəblər bağlanıb Ölkənin bir sıra şəhərlərinə güclü qar yağır
Region
9 Fevral , 2015 10:52
​Kəskin hava şəraiti səbəbindən Türkiyənin iki bölgəsində məktəblər bağlanıb

Bakı. 9 fevral. REPORT.AZ/ Türkiyənin Ağrı və Ərzurum bölgələrində güclü qar yağır.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, kəskin hava şəraiti ilə əlaqədar hər iki bölgədə məktəblər bağlanıb. Dərslər sabah başlayacaq. Bundan başqa, iş qabiliyyəti məhdud şəxslər və hamilə qadınlara fevralın 9-u iş günü sayılmayacaq.

Qeyd edək ki, ölkə paytaxtı Ankarada və İzmirdə də axşam saatlarından etibarən qar yağmağa başlayıb. 

Son xəbərlər

Orphus sistemi