Yuxarı
    Bağlamaq

    Kəskin hava şəraiti səbəbindən Gürcüstan-Rusiya magistral yolu tam bağlanıb

    Hazırda yolda, həmçinin Azərbaycana məxsus yük və minik maşınları dayanıb

    Tbilisi. 10 aprel. REPORT.AZ/ Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil yolu (Yuxarı Lars) aprelin 9-da saat 22:00-da bütün növ avtomobillər üçün bağlanıb.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstanın müvafiq dövlət strukturları məlumat yayıb.

    Məlumatda deyilir ki, hava şəraitinin kəskin dəyişməsi və güclü qar yağması səbəbindən yolda avtomobillərin hərəkəti çətinləşib. Aprelin 9-da saat 18:00-dək yolda minik avtomobillərinin hərəkətinə icazə verilib. Lakin sonradan kəskin hava şəraiti və yolların buz bağlaması səbəbindən bütün növ avtomobillərin hərəkəti dayandırılıb.

    Gürcüstan tərəfinin məlumatına görə, hazırda yolda Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya, Ukrayna və digər ölkələrə məxsus yük maşınları, eləcə də minik avtomobilləri dayanıb. Hələlik onların həyatı üçün təhlükə yoxdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi