Yuxarı

Kəskin hava şəraiti Gürcüstanda fəsadlar törədib

Kəskin hava şəraiti Gürcüstanda fəsadlar törədib

Kəskin hava şəraiti Gürcüstanın Ambrolauri rayonunda ciddi problemlər yaradıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, güclü külək, yağış və dolu nəticəsində rayon mərkəzində bir neçə yaşayış binasının və 200-ə yaxın şəxsi evin dam örtüyü dağılıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Ağacların aşması nəticəsində mərkəzi yollarda avtomobillərin hərəkəti dayandırılıb.

Rayon rəhbərliyi təbiət hadisəsindən zərər çəkən sakinləri müvəqqəti yaşayış yerləri ilə təmin edəcək.

Təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür. İlkin hesablamalara görə, Ambrolauri rayonuna dəyən zərər yarım milyon lari təşkil edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi