Kerri: "İrana qarşı sanksiyaların uzadılması qərarı təxirə salınmalıdır"

Kerri: "İrana qarşı sanksiyaların uzadılması qərarı təxirə salınmalıdır" "Nüvə proqramı üzrə danışıqlarda razılaşdırılan Birgə Fəaliyyət Planının tətbiqinə diqqət yetirilməlidir"
Region
25 Fevral , 2016 01:24
Kerri: İrana qarşı sanksiyaların uzadılması qərarı təxirə salınmalıdır

Bakı. 25 fevral. REPORT.AZ/ ABŞ Konqresi İrana qarşı sanksiya tətbiqininin uzadılmasını nəzərdə tutan qanunu təxirə salmalıdır. "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri bildirib.

"Məncə, bu məsələdə tələsmək lazım deyil. Nüvə proqramı üzrə danışıqlarda razılaşdırılan Birgə Fəaliyyət Planının tətbiqinə diqqət yetirilməlidir", - deyə Kerri Senatta çıxışı zamanı bildirib.

Qeyd edək ki, ABŞ İrana qarşı sanksiyaları 2006-cı ildən tətbiq edir və bu qərarın müddəti bu ilin sonundan bitir.

Xatırladaq ki, 2013-cü ilin noyabr ayında MAQATE çərçivəsində İran və nüvə proqramı üzrə danışıqların altı iştirakçı ölkəsi - Almaniya, Çin, Rusiya, ABŞ, Böyük Britaniya və Fransa ilə razılaşdırılan Birgə Fəaliyyət planı qəbul edilib. Həmin plan İran nüvə proqramının sülh məqsədini təmin edəcək qarşılıqlı razılaşdırılmış uzunmüddətli ümumi qərarın əldə olunmasına yönəlib.

Son xəbərlər

Orphus sistemi