Yuxarı

Keçmiş əsgər: "Ermənistan ordusunda intihar edənlərin sayı cəbhə xəttində ölənlərə nisbətən daha çoxdur"

Keçmiş əsgər: "Ermənistan ordusunda intihar edənlərin sayı cəbhə xəttində ölənlərə nisbətən daha çoxdur"
Alçaldıcı hərəkətlər və göstərilən təzyiqlər səbəbiylə çoxları damarlarını kəsməyə çalışıb

Bakı. 30 avqust. REPORT.AZ/ "Ermənistan ordusunda sıravi hərbi qulluqçuların vəziyyəti dəhşətlidir, çoxları zabitlərin davranışlarına dözməyərək intihar edir".

"Report" xəbər verir ki, bu sözləri Ermənistan ordusunun keçmiş əsgəri David Arian "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Övladlarının daha bir ay da xəstəxanada qalması üçün ailəsinin avtomobillərini, qarajlarını satdığı və ya kredit götürdüyü xeyli sayda oğlan tanıyıram. Cinsindən asılı olmayaraq, hərbi xidmət asan iş deyil. Hərbdəki çətinliklərin öhdəsindən gəlməkdə mənəvi çətinlik çəkən və buna görə də dözməyərək intihar edən insanlar var. Özü də bu yolla ölənlər cəbhədə qarşı tərəfin gülləsindən ölənlərin sayından çoxdur", - D.Arian bildirib.

Keçmiş əsgər şəbəkədə xatirələrini bölüşüb, o cümlədən bütün hərbi hissənin bir anda bağırsaq infeksiyasına yoluxduğunu qeyd edib.

"Elə alındı ki, bütün hərbi hissədə hamıda qanaxma oldu. Tibb məntəqəsində mənə dərman verdilər, amma təsiri olmadı. Bağırsaq infeksiyası bütün hərbi hissələrdə yayılır. Ayaqyoluna gedə bilmədiyimizdən 20 gün yeməkxanada heç nə yemədik. Evə zəng edib "Narine" (müalicəvi bitki - red.) göndərmələrini istədim. Xidmətin sonuna qədər ondan içdim. Bu, mənə bir qədər kömək elədi, amma indi də qarnımda ağrılar var. Xidmət davam edirdi, ağır fiziki işlər, gecə növbəsi, poliqon. Əsgərlərin sağlamlığı ilə əlaqədar problemlər zabitlərin vecinə də deyildi. Hərbi hissədə "Kobra" ləqəbli zabit var idi. Ona bu ləqəbi ona görə vermişdilər ki, əlini kobra ilanı kimi tutub əsgərlərin alnına vurardı. Başqa bir zabit isə əsgərlərin alnına əli ilə vurudur. Bir neçə dəfə belə halların şahidi olmuşam", - keçmiş əsgər yazıb.

Onun sözlərinə görə, xidmət zamanı "Çyolka" ləqəbli polkovnik-leytenant Ararat Melkumyan əsgəri döyüb: "O, çox qəddar adam idi. Kəmərləri sıx bağlamayan uşaqları cəzalandırırdı. Əsgərləri yanına çağırır, kəmərin dəmir hissəsi ilə başlarına vururdu. Bir dəfə ayağımdan elə vurdu ki, uşaqlar məni qucaqlarında tibb məntəqəsinə aparmalı oldular. Üç gün yataqda qaldım, bundan sonra isə bir həftə əsa ilə gəzdim".

Onun sözlərinə görə, əsgərlərin bir çoxu aşağılayıcı addımlara dözməyərək intihar edir: "Alçaldıcı hərəkətlər və göstərilən təzyiqlər səbəbiylə çoxları damarlarını kəsməyə çalışıb. Hətta bir dəfə əsgər başı ilə tibb məntəqəsinin pəncərəsini qırıb özünü aşağı atdı, xoşbəxtlikdən sağ qaldı".

Keçmiş əsgər yazıb ki, xidmət zamanı şəxsi heyət daxilində müharibənin bərpası təqdirində əsgərlərin əvvəlcə geri dönüb öz zabitlərini güllələyəcəyi ab-havası var idi. "Elə əsgərlər var idi ki, sırf zabitlərini qanına qəltan eləmək üçün müharibənin başlamasını istəyirdi", - D.Arian qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi