Yuxarı
    Bağlamaq

    Kazanda məbəddə yanğın baş verib, 1 nəfər yanaraq ölüb

    Yağın məbədin dam ötrüyündə başlayıb

    Bakı. 10 aprel. REPORT.AZ/ Bu gün səhər saatlarında Kazanda Bütün dinlərin məbədində yanğın baş verib. 

    “Report” TASS-a istinadən xəbər verir ki, bu haqda Tatarıstan Respublikası Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

    İnformasiyaya əsasən, yağın məbədin dam ötrüyündə başlayıb. Yanğın söndürüləndən sonra binanın içindən naməlum kişi meyiti aşkarlanıb. Hazırda yanaraq ölən şəxsin kimliyi müəyyənləşdirilir.

    Qeyd edək ki, Bütün dinlərin məbədi 1994-cü ildə heykəltaraş, rəssam, arxiterktor və təbib İldar Xanov tərəfindən tikilib. Məbəddə 16 dinə, o cümlədən məhv olmuş inanclara aid elementlər öz əksini tapıb. Binada müxtəlif mədəni tədbirlər keçirilir. Adi günlərdə ora giriş qadağandır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi