Kazanda 28 May - Respublika Günü ilə bağlı tədbir keçiriləcək

Kazanda 28 May - Respublika Günü ilə bağlı tədbir keçiriləcək Mayın 28-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə elmi-praktik konfrans keçiriləcək.
Region
22 May , 2019 21:01
Kazanda 28 May - Respublika Günü ilə bağlı tədbir keçiriləcək

Mayın 28-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə elmi-praktik konfrans keçiriləcək.

“Report”un Rusiya bürosu xəbər verir ki, Tatarıstan Elmlər Akademiyası Şəhabədddin Mərcani adına Tarix İnstitutu və Tatarıstan Respublikası “Azərbaycan” milli-mədəni muxtariyyətinin təşkilatçılığı ilə keçiriləcək konfransda Cümhuriyyətin bərqərar olunması, liderlərinin şəxsiyyəti və həyat yolu, Şərq aləmində ilk demokratik dövlətin qısa fəaliyyət dövrü və əldə etdiyi tarixi nailiyyətlər haqqında məruzələr səsləndiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşlarının xüsusi qonaq qismində iştirak edəcəkləri konfransda həmçinin yerli alimlər, Tatarıstan Dövlət Şurasının üzvləri, xarici diplomatlar, Kazanın azərbaycanlı diasporunun rəhbərləri, həmçinin tələbə və aspirantlar da iştirak edəcəklər.

Tədbir çərçivəsində Cümhuriyyət tarixinə həsr olunmuş film göstəriləcək.

Son xəbərlər

Orphus sistemi