Tbilisi. 27 fevral. REPORT.AZ/ “Ermənistanın baş nazirinin Gürcüstana səfəri zamanı Abxaziya dəmir yolunun açılışı məsələsi müzakirə olunmayıb”.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze deyib.
O, müxalifət partiyalarının bununla bağlı iddialarını təkzib edib: “Müxalifət iddia edir ki, guya Ermənistanın baş naziri Karen Karapetyanın Tbilisiyə səfəri zamanı Abxaziya dəmir yolunun açılışı barədə danışıqlar olub. Bizim görüşlərdə konkret belə bir məsələ müzakirə olunmayıb və heç söhbət belə getməyib”.
Qeyd edək ki, Ermənistanın baş naziri Karen Karapetyanın Tbilisiyə səfərindən sonra Gürcüstan hökumətinin işğal olunmuş Abxaziyadan keçməklə Ermənistana gedən dəmir yolunun açılacağı barədə fikirlər səslənib, müxalifət hökuməti növbəti saxtakarlıqda ittiham edib.