Karapetyan Paşinyanla görüşün nə üçün baş tutmadığını açıqlayıb

Karapetyan Paşinyanla görüşün nə üçün baş tutmadığını açıqlayıb Bakı. 25 aprel. REPORT.AZ/ Ermənistanın baş naziri vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Karen Karapetyan müxalifət lideri Nikol Paşinyanla çərşənbə gününə planlaşdırılan görüşün baş tutmaması səbəbini açıqlayıb.
Region
25 Aprel , 2018 01:15
Karapetyan Paşinyanla görüşün nə üçün baş tutmadığını açıqlayıb

Bakı. 25 aprel. REPORT.AZ/ Ermənistanın baş naziri vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Karen Karapetyan müxalifət lideri Nikol Paşinyanla çərşənbə gününə planlaşdırılan görüşün baş tutmaması səbəbini açıqlayıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Karapetyan bunun müxalifətin hakimiyyət orqanlarına qarşı yeni tələblərin irəli sürülməsi ilə bağlı olduğunu deyib.

"Əvvəlcədən elan edilmiş görüş olmayacaq, çünki Paşinyan birtərəfli qayda ilə, xüsusi formatla, görüşün gündəliyi və işıqlandırması ilə bağlı yeni tələbləri irəli sürdü", - deyə Karapetyanın hökumətin saytında yerləşdirilmiş bəyanatında deyilir.

Onun sözlərinə görə, Paşinyan hakimiyyət tərəfindən iştirakçıların siyahısını təklif edib. Həmçinin bildirib ki, özünün gündəliyi ətrafında xüsusi danışıqlar aparacaq.

O, qeyd edib ki, bu, nə danışıqdır, nə də dialoq. Bu, yalnız öz fikrinin və çağırışının səsləndirilməsidir. Karapetyan heç vaxt belə formatda danışıqlar haqqında eşitmədiyini vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi