Yuxarı

Kanada Ukraynaya 7 milyon dollardan artıq hərbi yardım ayıracaq

Kanada Ukraynaya 7 milyon dollardan artıq hərbi yardım ayıracaq

Bakı. 28 iyul. REPORT.AZ/ Kanada hökuməti 2019-ci il martın sonunadək Ukraynaya təxminən 7,2 mln. dollarlıq hərbi yardım ayırmaq niyyətindədir.

"Report"un RT-ya istinadən verdiyi məlumata görə, bu barədə Kanadanın milli müdafiə naziri Harcit Sacan bildirib.

"Ukraynaya hərtərəfli dəstək proqramı çərçivəsində Kanada Ukrayna Silahlı Qüvvələrinə artıq 16 milyon dollarlıq hərbi avadanlıq ayırıb, daha 7,25 milyon dollarlıq ləvazimat isə 2019-ci il martın sonunadək ölkəyə gətiriləcək", - "Ukrinform" onun sözlərini sitat gətirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi