Kamçatkada ac ayılar turist marşrutunun bağlanmasına səbəb olub

Kamçatkada ac ayılar turist marşrutunun bağlanmasına səbəb olub Cənubi Kamçatka qoruğunda aqressiv davranış nümayiş etdirən 70 ayıya görə Xakıtsin çayı üzərindəki turist marşrutu müvəqqəti olaraq bağlanıb.
Region
12 Avqust , 2019 07:20
Kamçatkada ac ayılar turist marşrutunun bağlanmasına səbəb olub

Cənubi Kamçatka qoruğunda aqressiv davranış nümayiş etdirən 70 ayıya görə Xakıtsin çayı üzərindəki turist marşrutu müvəqqəti olaraq bağlanıb.

“Report” xəbər verir ki, bu barədə Kronotski qoruğuna istinadən RİA "Novosti" məlumat yayıb.

Bildirilir ki, sözügedən marşrutda təhlükəli vəziyyət yaranıb. Məlumata görə, Kuril gölü hövzəsində soma balıqlarının kürü tökdükləri yerə zəif gəlməsi səbəbindən ayılarda qida qıtlığı yaranıb və onlar müvəqqəti olaraq bağlınmış marşrutun keçdiyi çay boyunca toplanıblar.

Qida çatışmazlığı səbəbindən heyvanlar arasında qarşıdurmalar başlayıb ki, bu da onların insanlara qarşı aqressiya riskini artırır.

Son xəbərlər

Orphus sistemi