Yuxarı

​Kamal Kılıcdaroğlu: "Hökuməti səslərin 60%-ni qazanan blok qurmalıdır"

CXP sədri: Gəlin, oturub, adam kimi hökumət quraq

Bakı. 15 iyun. REPORT.AZ/ "Koalisiya hökumətini qurmaq vəzifəsi seçkidə səslərin 60%-i qazananlar blokunun üzərinə düşür".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Kamal Kılıcdaroğlu partiya məclisinin toplantısında bildirib.

O, deyib ki, bütün partiyalar öz istək və prinsiplərini ortaya qoysun: "Prinsipləri üst-üstə düşən partiyalar da hökuməti qursun. Gəlin, oturub, adam kimi hökumət quraq. CXP problem yaradan partiya deyil. Məsələnin həllinin, sağlam düşüncənin ünvanı CXP-dir", - o vurğulayıb.

Qeyd edək ki, iyunun 7-də Türkiyə Böyük Millət Məclisinə seçkilərdə hakim Ədalət və İnkişaf Partiyası (AKP) səslərin 40,87%-ni (258 millət vəkili), Cümhuriyyət Xalq Partiyası (CXP) 24,95%-ni (132 millət vəkil), Milliyyətçi Hərəkat Partiyası (MHP) 16,29 %-ni (80 millət vəkili), Xalqların Demokratik Partiyası (HADEP) 13,12%-ni (80 millət vəkili) qazanıb.

.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi