Kamal Kılıçdaroğlu həbs oluna bilər

Kamal Kılıçdaroğlu həbs oluna bilər CHP sədri haqda 2 il 8 ay həbs cəzası tələbi ilə ittiham aktı hazırlanıb
Region
11 Oktyabr , 2016 13:00
Kamal Kılıçdaroğlu həbs oluna bilər

Bakı. 11 oktyabr. REPORT.AZ/ Türkiyənin əsas müxalifət partiyasının lideri Kamal Kılıçdaroğlu həbs oluna bilər. 

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri barəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və oğlu Bilalın şikayəti əsasında "mətbuat vasitəsilə təhqir etmək" ittihamı ilə aparılan istintaq başa çatıb.  

Türkiyə prezidenti ölkədə uğursuz dövlət çevrilişi cəhdindən sonra nümayiş etdirdiyi mövqeyinə görə, K.Kılıçdaroğlu barəsində verdiyi şikayəti geri götürüb. 

Ancaq B.Ərdoğanın şikayəti əsasında CHP sədri haqda 2 il 8 ay həbs cəzası tələbi ilə ittiham aktı hazırlanıb. 

Son xəbərlər

Orphus sistemi