​Kamal Kılıcdaroğlu: "Bəziləri AKP-siz hökumətin qurulacağını xəyallarından belə keçirə bilmir"

​Kamal Kılıcdaroğlu: "Bəziləri AKP-siz hökumətin qurulacağını xəyallarından belə keçirə bilmir" "Səslərin 60%-ni qazandığımızı deyəndə xalqın üzərimizə qoyduğu məsuliyyəti izah edirdik"
Region
21 İyun , 2015 17:15
​Kamal Kılıcdaroğlu: Bəziləri AKP-siz hökumətin qurulacağını xəyallarından belə keçirə bilmir

Bakı. 21 iyun. REPORT.AZ/ "Təəssüflər olsun ki, bəzi partiyalar bizdən kənarda koalisiya hökumətinin kiminlə qurulub-qurulmayacağını danışırlar. Bizim üçünsə əsas olan prinsiplər və Türkiyənin mənafeyidir".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Kamal Kılıcdaroğlu bildirib.

"Səslərin 60%-ni qazandığımızı deyəndə xalqın üzərimizə qoyduğu məsuliyyəti izah edirdik. Müxalifətdəki başqa partiyalar isə növbədənkənar seçkinin olacağını düşündüklərindən, Ədalət və İnkişaf Partiyası (AKP) olmadan bir hökumətin qurulacağını xəyallarından belə keçirə bilməz bir vəziyyətdədirlər", - o deyib.

Qeyd edək ki, iki gün öncə CXP Milliyyətçi Hərəkat Partiyasına (MHP) koalisiya hökuməti qurmağı və baş nazirliyi təklif etmişdi. MHP lideri Dövlət Bağçalı isə bunu "kreslo tədarükçülüyü" adlandıraraq təklifi rədd edib. 

Son xəbərlər

Orphus sistemi