Yuxarı

​Kamal Kılıcdaroğlu: "Baş nazir olsam prezident sarayına getməyəcəm"

CHP lideri: CHP-MHP və kənardan HDP-nin dəstəkləyəcəyi bir hökumət qurmağı nəzərdə tutmuşduq

Bakı. 11 iyul. REPORT.AZ/ "Baş nazir olsam prezident sarayına getməyəcəm".

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Cümhuriyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu koalisiya hökuməti ilə bağlı müsabibəsində deyib.

O, koalisiya hökumətində baş nazirin müavini olmaya biləcəyini də vuğulayıb.

"Doğrusu mən 4 il fəaliyyət göstərəcək bir koalisya hökumətinin qurlmasını istəyirəm",- deyə K.Kılcdaroğlu bildirib.

O, Ədalət və İnkişaf Partiyası ilə CHP arasında əvvəllər mövcud olan etimadsızlığın da problem yarada biləcəyini istisna etməyib.

CHP sədri koalisiya hökumətinin qurulması üçün 14 maddəlik şətrlərinin olduğunu və bunu dəyişməz qaldığını vurğulayıb.

"Biz CHP-MHP (Milliyyətçi Hərəkat Partiyası- "Report") və kənardan HDP-nin (Xalqların Demokratik Partiyası - "Report") dəstəkləyəcəyi bir hökumət qurmağı nəzərdə tutmuşduq. Mənim istəyim bu idi. Biz bunu həyata keçirə bilirdik",- deyə o, qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi