​Kamal Kılıcdaroğlu: "AKP-CHP koalisiya hökumətinin qurulması ehtimalı çox azdır"

​Kamal Kılıcdaroğlu: "AKP-CHP koalisiya hökumətinin qurulması ehtimalı çox azdır" CHP sədri: "Nə Ədalət və İnkişaf Partiyası, nə də prezidentlə bu məsələlərlə bağlı nə görüş olub, nə də danışıq"
Region
25 İyun , 2015 13:10
​Kamal Kılıcdaroğlu: AKP-CHP koalisiya hökumətinin qurulması ehtimalı çox azdır

Bakı. 25 iyun. REPORT.AZ/ "AKP ilə CHP arasında koalisiya hökumətinin qurulması ehtimalının az olduğunu düşünürəm".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu jurnalistlərin "AKP-CHP koalisiyası mümkündürmü" sualını cavablandıran Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu bildirib.

"Dəniz Baykalın Böyük Millət Məclisinin sədrliyinə namizədliyindən sonra da vəziyyət dəyişməyibmi" sualına isə partiya sədri belə cavab verib: "Bəli, çünki koalisiya ayrı, bu ayrıdır".

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Dəniz Baykalın görüşündə parlament sədrliyi və koalisiya hökuməti ilə bağlı müzakirələr olubmu" sualına isə partiya lideri belə cavab verib: "Nə Ədalət və İnkişaf Partiyası (AKP - "Report"), nə də prezidentlə bu məsələlərlə bağlı nə görüş olub, nə də danışıq".

Son xəbərlər

Orphus sistemi