Bakı. 2 iyul. REPORT.AZ/ Ramzan Kadırov Çeçenistan rəhbəri seçkilərində iştirak etməyə razılıq verdiyini və sənədlərini seçki komissiyasına təqdim etdiyini bildirib.
"Report" xəbər verir ki, o, bu barədə öz "Instagram" səhifəsində yazıb.
"Elə indicə bütün lazımi sənədlərimi seçki komissiyasına verdim. Namizəd olmağa razılıq barədə ərizəmi təqdim etdim", — deyə Kadırov yazıb.
Kadırov bildirib ki, bütün sənədlər yoxlanılıb və tələblərə uyğun hesab olunub.
Ramzan Kadırovun Çeçenistan rəhbəri postunda səlahiyyətləri mart ayında başa çatıb. Rusiya prezidenti respublikaya yeni rəhbər seçilənədək onu səlahiyyətlərin müvəqqəti icraçısı təyin edib. Seçkilər sentyabrın 18-də keçiriləcək. Bu vəzifəyə namizədliyin irəli sürülməsi müddəti iyulun 4-də başa çatır.